İlham Əliyev: Həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir

“Sizin müzakirə edəcəyiniz əsas mövzu daim diqqət tələb edən təhlükəsizlik sistemi ilə bağlı məsələlər olacaq. Yenə də ölkələrimizin üstünlüyü ondan ibarətdir ki, geniş coğrafiyada ictimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Lakin bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür”.

Polise.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib.

Azərbaycanın yerləşdiyi geosiyasi şəraitdən danışan dövlət başçısı vurğulayıb:

“Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi hamımız üçün həyati əhəmiyyət daşıyır”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button