İlyana Yotova Bolqarıstan Prezidenti seçildi

Bolqarıstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,66 faizinin sayılması ilə hazırkı Prezident İlyana Yotovanın prezident seçkilərinin ikinci turunda qalib gəldiyini açıqlayıb.
Polise.az xəbər verir ki, Yotova səslərin 57,66 faizini, keçmiş baş nazir Andrey Qyurov isə 39,38 faizini toplayıb.
İlyana Yotova Bolqarıstan tarixində seçilən ilk qadın prezident olub.
Bolqarıstanda prezident beş illik müddətə seçilir.
Polise.az



