İmişlidə itkin düşən azyaşlı tapılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, aprelin 26-da axşam saatlarında İmişli rayon sakini Y.Rəhimov Rayon Polis Şöbəsinə övladının itməsi barədə məlumat verib.

RPŞ-in və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.

Hamısını Göstər

Related Articles

Back to top button