İnam Kərimovun əmək fəaliyyəti
Hazırda kənd təsərrüfatı naziri vəzifəsində çalışan İnam Kərimov aprelin 4-də Milli Məclisin plenar iclasında Ali Məhkəməyə hakim və sədr təyinatı məsələsini müzakirə edərək, müvafiq qərar verəcək.
“Polise.Az” xəbər verir ki, İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü ildə S.C.Pişəvəri adına Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.
1994-1995-cü ildə ABŞ-ın İndiana ştatında “Richmond High School”da təhsilini davam etdirib.
1995-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.
1998-2000-ci ildə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr təhsili alıb.
2000-2002-ci ildə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.
2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi
alıb.
Əmək fəaliyyətinə gəldikdə Kərimov 2004-2012 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Hüquq mühafizə orqanları ilə iş şöbəsində referent, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli
sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub və hazırda da həmin vəzifədə çalışır.
O eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir.
İnam Kərimov ingilis, fransız, fars və rus dillərini bilir. Evlidir, iki övladı var.