İngiltərədən bu ölkələrə şok təklif: Yeni formasiya və düşmən ərazilər…

Böyük Britaniya Ukrayna və Polşaya üçlü ittifaq təşkil etməyi təklif edib.

Müvafiq təşəbbüs Britaniyanın Geostrategiya Şurası tərəfindən irə sürülüb və “Twitter”də yayımlanıb.

Geostrategiya Şurası yazıya yeni formasiyanın geostrateji məqsədini izah edən xəritə əlavə edib. Üç ölkənin əraziləri oxlarla birləşdirilib. Londonun Avropadakı hərbi obyektləri müxtəlif tərəflərdə işarələnib. Xəritədə NATO üzvü olan ölkələr də göstərilir. Rusiya və Belarus xəritədə düşmən ərazilər kimi qeyd olunub.

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Londonun Varşava və Kiyevlə yeni üçtərəfli əlaqələri inkişaf etdirdiyini təsdiqləyib. O qeyd edib ki, Britaniya müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edəcək və Rusiyanı gərginliyi azaltmağa çağıracaq.

Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya üçün “çəkindirici vasitə” olaraq Ukrayna ilə qonşu olan NATO ölkələrinə yüzlərlə hərbçi göndərmək qərarına gəlib. Söhbət Estoniya, Latviya, Litva və Polşadan gedir. Nazirlik Şərqi Avropadakı missiyalarını gücləndirmək üçün bu ölkələrə ən qısa zamanda yüzlərlə hərbi qulluqçunun göndərilməsi imkanlarını müzakirə edir.

Hamısını Göstər

Related Articles

Back to top button