“Instagram”da narkotik qəbulunu təbliğ edən şəxs ələ keçdi

“Instagram” sosial şəbəkəsində “m_s700” adlı  profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sosial şəbəkədəki həmin profilin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. 

Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub. 

Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində bir ay müddətinə inzibati həbs tətbiq edilib. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button