“İnternet əsri” yeni idarəçilik qaydaları tələb edir

Vaqif Bəhmənli, şair:
Xəbər verildi kı, Xəzər dənizinin müvafiq sektorunda enerji ehtiyatları­nın birgə tədqiqi və istismarı ilə əla­qədar Azərbaycan və Türkmənistan arasında müqavilə imzalanıb. Xoş­bəxtliyə bərabər bir duyğu keçirdim. Bu olay ən azı 20 il öncə olmalıydı. Hər iki xalq üçün iqtisadi mənfəətlər öz yerində, mən gəzib tanıdığım dərə­cədə dünyanın heç bir kəsimində adətlər, dil, xasiyyət, kişilik, mərdlik, sədaqət… baxımından bir-birinə bu qədər yaxın olan iki xalq görmədim. Mən uzun illər öncə Aşqabadı, Taşau- zu… özümün dədə-baba yurdum kimi dolaşdım. Allahın kərəminə şükür! İndi deyə bilərik ki, biz bir millət, 3 dövlətik! Davamı gəlsin! Xeyirli- uğurlu olsun! Prezidentimiz İlham Əliyevin atdığı hər bir addımda xüsu­si məna var!

Elşən Mustafayev, sosial şəbəkə istifadəçisi:
1913-cü ildə Azərbaycanda 45 min hektar ərazidə düyü əkilir və hət­ta qonşu regionlara belə düyü ixrac edilirmiş. Bəs indi çəltikçilik ilə bağlı ölkədə vəziyyət necədədir? 2020-ci ildə cəmi 3 min hektar çəltik sahəsi olub, təxminən 10 min ton düyü yığı­lıb. Ölkənin düyüyə illik tələbatı isə 40 min tondur. Demək, hər il on mil­yonlarla dollar məbləğində düyü idxal edirik. Əslində, plovu şah yeməyi sa­yılan ölkə üçün bu rəqəm gülməli gö­rünür (illik buğda tələbatımız, məsə­lən, 3 milyon tondur, müqayisə üçün). Çəltikçilik üzrə 2018-ci ildə qəbul edilmiş dövlət proqramı var (“Azər­baycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”) hədəflər qo­yulub (10 min hektar əkin sahəsi və 40 min ton məhsul), lakin görünən odur ki, biz bu hədəfə çatmaq çox çə­tin iş kimi görünür.

Qarabağın yenidən dirçəlişi üçün bir xeyli kənd və yaşayış məntəqələrinin birləşdirilməsi, qruplaşdırılması nəzərdə tutulur. Eşidirəm ki, bu möv­zuda bəzi qarabağlılar artıq narazıçılıq və narahatçılıqlarını gizlətmirlər. Əs­lində, Azərbaycanərazisində son 70- 80 ildə yüzlərlə, minlərlə yaşayış məntəqəsi yox olub, birləşib’ və ya qruplaşdırılıb.’_On~7fnhlərlə insan kö- çürülüb, başqa peşələrə yönəldilib, daha iri məntəqələrdə məskunlaşdırı­lıblar. 1939-cu ildə Azərbaycanda olan 7,5 min kənd yaşayış yeri var idi, 1968-ci ildə isə 4,3 min. Demək, Azərbaycanda qısa müddətdə 3,2 min kənd yaşayış məntəqəsi ləğv edilib, bu kəndlər kolxoz və sovxozlara görə daha iri məntəqələrim tərkibində qruplaşdırılıb. Buna görə də əgər əv­vəllər bir kənddə orta hesabla 270 nə­fər yaşayırdısa, Sovet Azərbaycanı bu rəqəmi məhz bu qruplaşdırmalar sa­həsində 550 nəfərə çatdırmışdı. Bə­zən isə bu siyasətə görə kənd əhalisi bəzi yerlərdə 10 min nəfərə çatır və keçirdi. Hiking edən dostlar tez-tez belə keçmiş kənd qalıqlarına rast gə­lirlər.

Elçin Mirzəbəyli, Əməkdar jur­nalist:
– Rusiyada keçirilən aksiyalarla bağlı sosial şəbəkələrdə fırtına qopa­ran, Navalnı “sevdasına” tutulan azər­baycanlıların nəzərinə:

Aleksey Navalnı 2008-ci ilin av­qustunda Abxaziya və Cənubi Osetiya problemlərinin güc yolu ilə həllinin tərəfdarı kimi çıxış’edır və~Rusiyanın Gürcüstana hərbi müdaxiləsini dəs­təkləyirdi.

Sitat: “Müasir şərtlərdə nüfuz yal­nız gücə və bu gücün ağılla, harada la­zımdırsa, orada tətbiqinə söykənir. Əminəm ki, indi bu (güc tətbiqi – E.M), lazımdır”. Bundan öncə isə Navalnı Osetiya və Abxaziyaya hərbi və maliyyə yar­dımı göstərilməsi təşəbbüsünü irəli sürür, Rusiya hökumətini bu ərazilə­rin hava makanmi bütün uçuşlar üçün bağlı elan etməyə, bu ərazilər üzərindən uçuş heyata Keçirən ud» ve­rələri vurmağa, Gürcüstanı tamamilə blokadaya almağa, bütün Gürcüstan vətəndaşlarını Rusiyadan çıxarmağa. Gürcüstanla bütün əlaqələri kəsməyə çağırırdı.

Aleksey Navalnı saxta demokrat brazlı radikal rus millətçisidir.

Aleksey Navalnının Gürcüstanla bağlı sərgilədiyi mövqe onun postso­vet məkanına və Rusiyanın maraqları­na baxışlarını ifadə edir.

Bu qədər… Nəticə çıxarmaq istə­yən çıxarsın.

Bu saxta “inqilab” isə gerçək dəyi­şiklik cəhdlərini tarixin arxivinə gön­dərəcək.

Xaqani Səfəroğlu, jurnalist:
– Rusiyada keçirilən Navalnıya dəstək aksiyasına bizdə verilən bir sı­ra reaksiyalar çox əcaibdir. Bir aksiya ilə Putinin vəzifəsindən gedəcəyini düşünmək sadəlövhlükdür.

Orası dəqiqdir ki, Putin iqtidarda oturma müddətinə görə rəhmətlik Brejenvi də ötüb.

Putinin hakimiyyəti üçün bu gün təhlükə yoxdur. Əksinə, onun bir sıra məsələlərdə uğurları da ortadadır.

Bəs Kremli qorxudan nədir?

Bugünkü aksiyaya bütün Rusiya- boyu 80 minə yaxın adam çıxıb. 7-8 il əvvəl isə təkcə Moskvada Bolotnya meydanında 100 min etirazçı çıxmış­dı.

Amma Putin yenə postunda qaldı.

Kremli qorxudan kasıb ruslar de­yil. Putin üçün əsas təhlükə informa­siya texnologiyaları və orta təbəqədir. Futurist tədqiqatçılar hələ 10 il əvvəl proqnoz verirdilər ki,^internet və ın- formasiya texnologiyalarına çatımlılıq orta təbəqəni hakimiyyət üçün əsas problem yaradan faktora çevirəcək.

İnformasiya insana müqayisə et­mək imkanı verir. Vətəndaşlar əvvəl dövlət TV-lərinin təqdim etdiyi infor­masiyaya baxırdılar, onların seçim im­kanı yox idi. Bu gün OTT sistemi – İn­ternet, Yutub, sosial şəbəkələr, por­tallar alternativ platforma kimi vətən­daşa özünün seçdiyi xəbəri oxumaq şansı verir.

Orta təbəqə təhsillidir, iqtisadi im­kanı var… Amma imkanlarının buxov- landığını düşünür. Onun əvvələr əlin­də olmadığı resurs – daha yaxşı ölkə reseptini müzakirəsi üçün alternativ informasiyası var.

Hakimiyyət bunun qarşısında aciz­dir.

Bu, böyük təzyiq dalğası yaradır, hakimiyyətdən sosial, siyasi müstəvi­də diqqətli olmağı tələb edir. Böyük informasiya aynası hamını göstərir, ictimai rəyi formalaşdırır, qəzəbi yö­nəldir, qəhrəmanı ortaya qoyur.

Heç bir pul, mənsəb bunun qarşısını ala bilməz.

Kreml üçün ən böyük təhlükə bu­dur: İnformasiya texnologiyalarının istənilən problemi həndəsi silsilə ilə artırmaq gücü var.

Strukturlaşmış siyasi qurumu ol­mayan adamı ulduza çevirə bilir.

“Navalnı faktoru” bariz nümunə­dir: Heç bir partiyaya rəhbər olmayan, proqramı bəlli olmayan, ideoloji “di­varı” olmayan bir şəxs informasiyanı “barıt çəlləyinə” çevirir, bir çağırışı ilə 100 min adam küçəyə çıxır.

“İnternet əsri” yeni idarəçilik qay­dalarını tələb edir. Bu qaydalar orta təbəqənin maraqlarını müdafiə, sosial ədalət, gəlirlərin ədalətli bölünməsi­dir. Onlayn eranın bu tələblərini başa düşən hakimiyyət həmişə rəqibindən bir addım qabağda olacaq.

İradə Tuncay, Əməkdar jurna­list:
Adam ilk professional vokal ifaçı olub, opera müğənnisi olub, İtaliyada təhsil alıb… Elə sözlər yazırlar dünən­dən… Guya donos yazanlardan fərqli­dirlər… Paxıllıq milləti içindən yeyib- bitirib… Polada görə nifrət…

Bayaqdan Arno Babacanyanın 100 illiyinə aid proqrama baxırdım. Hə də ermənidi axı… Onu necə yüksəldir­lər…

Vilayət Quliyev, filologiya elmlə­ri doktoru:
Şübhəli erməni mənbələrini bir kənara buraxsaq, əksər tarixi qaynaq­larda Şuşanın əsasının qoyulması 1750-1752-ci illərə aid edilir. “İslam ansiklopedisi”, “Britannica” və s. mö­təbər nəşrlər, eləcə də XIX əsrə dair tarixi məxəzlər 1752-ci ilə daha çox üstünlük verir. İstənilən halda, 2025- 2027-ci illərdə Azərbaycan mədəniy­yətinin paytaxtı Şuşanın bina edilmə­sinin 275 illiyi tamam olur. Şuşanı hə­lə də tarixi erməni şəhəri, erməni mə­dəniyyətinin beşiyi sayanların sər- səmləmələrinə son zərbə endirmək, Qarabağa haqqımızı və sevgimizi dünyaya göstərmək üçün qarşıdan gə­lən illərdə işğalçıların dağıtdıqlarını, saxtalaşdırdıqlarını əslinə uyğun bər­pa etməklə bir sırada öz simasını, mə­nəvi atmosferini qoruyub saxlamaqla yenidən Qarabağın incisinə çevrilə­cək bir şəhər qurmaq lazımdır. Qoy 2027-ci il yeni Şuşanın dünyaya təq­dim ili olsun!

Alqış Musayev, jurnalist:
Bülbül özü özünü yaradıb. Onun mədəniyyət tariximizdəki yerini na­zir, səfir Polad Bülbüloğlu müəyyən etməyib. O yeri ilk peşəkar ifaçı, ope­ra müğənnisi kimi Bülbül özü qaza­nıb.

Onun oğlu Polad Bülbüloğlü mə- murlaşmış, siyasiləşmiş şəxsdir. Səhvləri ola bilir. Çünki… Vəzifə, sə­lahiyyət təkcə həsəd, rəğbət yaratmır, həm də intriqalar doğurur. Böyük sə­nətkarımız Bülbül heç bir halda həmin intriqaların hədəfinə çevrilməməlidir.

İlqar Rəsul, jurnalist:
Polad Bülbüloğlunun Şuşaya get­məsi, ata evinə baş çəkməsi və bu prosesdən görüntülərin yayımlanması təbliğat baxımından təqdirəlayiq ha­disədir. Polad Bülbüloğlu təxminən 300 milyon əhaliyə malik ərazidə ki­fayət qədər tanınan və rəğbət bəsləni­lən adamdır.

Hamısını Göstər

Related Articles

Back to top button