İqor Korotçenko: “KTMT-nin yaxud Rusiyanın bu münaqişəyə müdaxilə etməsi üçün heç bir əsas yoxdur”

Ermənistan Müdafiə Nazirliyi KTMT-yə “Azərbaycanın Ermənistana təcavüzü barədə faktlar” təqdim edəcəyini açıqladı. Söhbət hansısa naməlum dronlardan gedir.

Öz növbəsində Prezident İlham Əliyev də Azərbaycanın Ermənistan ərazisində hərbi hədəflərinin olmadığını bildirdi.

İndi İrəvanın KTMT-ni proseslərə cəlb etmək üçün əsasları varmı?

Media.Az bu sualla “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü İqor Korotçenkoya müraciət edib:

– KTMT-ni və ya Rusiyanı bu münaqişəyə cəlb etməyə və ya güc yolu ilə müdaxilə etməsi üçün heç bir səbəb yoxdur. Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan hərbi birləşmələri arasında döyüşlər Azərbaycan ərazisində aparılır. Yeri gəlmişkən, vaxtaşırı Azərbaycan şəhərləri Ermənistan ərazilərindən atəşə tutulur. Bizim hazırda üzləşdimiyiz vəziyyət bax budur. Bir daha təkrar edirəm, beynəlxalq hüquq baxımından hərbi əməliyyatlar Azərbaycan Respublikasının ərazisində, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır.

Türkiyənin “F-16”sının erməni təyyarəsini vurduğuna dair iddialar yada düşür. Üstündən bir neçə gün keçib, ancaq İrəvan bunu təsdiq edən faktları ortaya qoymayıb. Müasir dünyada kəşfiyyat və nəzarət vasitələri olduğu bir dövrdə hansısa təyyarəni “səssizcə” vurmaq mümkündürmü?

– Belə faktlar yoxdur. Ermənistana məxsus “Su-25” hərbi hücum təyyarəsi vuruldu. Lakin üstündən bir neçə gün keçməsinə baxmayaraq, İrəvan buna dair heç bir dəlil təqdim etməyib.

Eyni zamanda, Azərbaycan şəhərləri atəşə tutulur…

– Biz istisna edə bilmərik ki, bu, Azərbaycanın cavab reaksiyasını doğurmaq üçün qəsdən edilir ki, rəsmi Bakı da eyni hərəkətlərə başlasın. Ardınca isə Nikol Paşinyan bəyan etsin: baxın, bizə hücum edildi. Ancaq düşünürəm ki, Moskvada vəziyyəti diqqətlə və səliqəli şəkildə izləyirlər. Rusiyanın bitərəfliyi təsdiqləndi. Biz bu hərbi əməliyyatda tərəflərdən heç birini dəstəkləmirik. Moskva yalnız siyasi və diplomatik yollarla münaqişənin dayandırılmasına kömək etməyə çalışır. Ancaq aydındır ki, bu ancaq bir müddətdən sonra mümkün olacaq. İndi, hərbi əməliyyatların kəskin mərhələsində tərəflər arasında danışıqların olacağına bel bağlamaq xəyaldır. Moskva münaqişənin siyasi yolla həllinə çağırış edərək bərabərlik və bitərəflik nümayiş etdirir. Yenə də təkrar edirəm, KTMT və Rusiyanın hərbi müdaxiləsi üçün heç bir əsas yoxdur.

Hamısını Göstər

Related Articles

Back to top button