İrəvanın sabiq meri hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olunub

Ermənistan məhkəməsi İrəvanın sabiq meri Albert Bazeyanı hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs edib.
Polise.az xəbər verir ki, bu barədə sabiq merin vəkili Georgi Melikyan özünün feysbuk səhifəsində yazıb. “Məhkəmə Albert Bazeyanı guya hakimiyyəti ələ keçirmək cəhdinə görə həbs edib”, – deyə o bildirib.
Bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyətin zorakı yollarla ələ keçirilməsi cəhdinin aşkar edilərək qarşısının alındığı barədə məlumat yayıb. Hadisə ilə bağlı bir neçə nəfərin saxlanıldığı bildirilir.
Polise.az