İran BMT Baş Assambleyasında səsvermə hüququnu itirib

İran və bir sıra digər ölkələrin nümayəndə heyətləri üzvlük haqqı borclarına görə BMT Baş Assambleyasında səsvermə hüququnu müvəqqəti itirib.

Təşkilatının baş katibi Antonio Quterreşin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə ünvanladığı məktubun mətnində İranla yanaşı borcu olan daha 10 dövlətin adı var. Bunlar Venesuela, Sudan, Antiqua və Barbuda, Vanuatu, Qvineya, Komor adaları, Konqo, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, eləcə də Somalidir.

Qeyd edək ki, səsvermə hüququnu bərpa etmək üçün İran 18,4 milyon dollar, Venesuela 39,8 milyon dollar, Sudan 299 min dollar, Vanuatu isə 194 dollar ödəməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button