İran yeni inqilab ərəfəsində: “Bu, molla rejiminin sonu olacaq”

İran yeni inqilab ərəfəsində: “Bu, molla rejiminin sonu olacaq”
İranda qeyri-fars millətlərinə, özəlliklə türklərə qarşı ayrı-seçkilik və irqçi siyasət davam edir. 10-cu siniflər üçün “İngilis dili” dərsliyində türklərin təhqir olunması Güney Azərbaycanda ciddi narazılıq yaradıb. Xatırladaq ki, 10-cu siniflər üçün “İngilis dili” dərsliyində “Zebra”nın (“Zolaqlı eşşəy”in) vətəni olaraq türklərin yaşadığı ölkə – Turan göstərilir.

“Farsların iki düşməni var: Biri türklər, biri ərəblər”

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, İranda hakim molla rejiminin qeyri-fars millətlərinə, özəlliklə də türklərə qarşı ayrı-seçkilik siyasətini iyrənc bir şəkildə davam etdirməsi qəbuledilməzdir:

“Özlərini ari irqi hesab edən farslar və farsdillilər hər daim bu cür qeyri-insani, qeyri-əxlaqi hərəkətlərə yol verib ki, bunun da əsas səbəbi Türk varlığına qarşı duyduqları kindir. Farslar üçün iki əbədi düşmən vardır ki, onun birincisi türklər, ikincisi ərəblərdir. Onlar hesab edirlər ki, farsların ən azı min ildən çox dövlətçilikdən məhrum olmasının əsas səbəbkarları türklər və ərəblər olub. Ona görə də 1925-ci ildən etibarən ingilislər və rusların birbaşa yardımı ilə türk hakimiyyətini qeyri-qanuni olaraq zəbt edən farslar və farsdillilər türklüyə və islama qarşı cəbhə açıblar. Pəhləvilər dönəmində xeyli dərəcədə türklük və islam düşmənçiliyi aparan farslar tərəfindən bu dövrdə də ən çox aşağılanan türklər olub. Çünki onlar hər daim qorxu içindədirlər ki, türklər hakimiyyəti yenidən geri qazana bilərlər. Məhz bu qorxu farsları içdən gəmirir və onları rahat buraxmır”.

F.Ələkbərli hesab edir ki, durumdan yeganə çıxış yolu İranda türklərin hakimiyyəti ələ almasıdır: “Əgər ali dini lider Seyid Əli Xamneyi kimi liderlər türklüyün aşağılanmasına göz yumurlarsa, o zaman tək çarə Türkün hakimiyyətini bərpa etməkdir. Başqa sözlə, damarlarından əsil Türk qanı axan, Türk dünyagörüşünə sahib heç bir insan farsın təhqiri ilə yaşamağa razı olmamalıdır. Özünü şirlə, Türkü isə eşşəklə eyniləşdirən fars şovinistləri bilməlidirlər ki, Türkün buna cavabı çox ağır olacaq”.

“Bu, rejimin sonu olacaq”

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, son hadisə Güneydə ciddi narazılıq yaradıb:

“Baxmayaraq ki, ölkədə koronavirus epidemiyası ilə bağlı vəziyyət ciddidir. Hökumət epidemiyanın öhdəsindən gələ bilmir. 8 aydır yoluxma sayı artır. Lakin Güney Azərbaycanda milli fəallar bu kimi məsələlərə çox həssasdır. İran rejiminin bu cür təhqirlərinə artıq adət etmişik. Hər dəfə də bunun cavabı çox sərt verilib. Bunu molla rejimi də bilir. Görünür kimlərsə ölkədə milli qarşıdurmanı gücləndirmək istəyir. İçəridən aldığımız məlumata görə, xalq rejimdən ciddi şəkildə narazıdır.

Ölkədə sosial partlayış gözlənilir. Bəlkə də diqqəti sosial problemlərdən, pandemiya ilə bağlı yaranmış bərbad durumdan yayındırmaq üçün belə ediblər. Lakin molla rejimi unutmasın ki, onlar sanki barıt çəlləyi üzərində odla zarafat edirlər. Güney Azərbaycanda İranın irqçi dairələrinin şovinist siyasətinə qarşı bir də böyük hərəkat başlasa, bu, rejimin sonu olacaq. Çünki sosial narazılığa etnik qarşıdurma da əlavə olunarsa, İran adlı dövlətin mövcudluğu sual altına düşəcək”.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button