İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var.

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.

Tehran bürosunun məlumatına görə, “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.

Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Hamısını Göstər

Related Articles

Back to top button