İrandan Azərbayana 20 kq narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Yanvar ayının 30-da saat 14:10-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə “marixuana”, saat 21:30-da İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram narkotik vasitə “marixuana” və 300 ədəd psixotrop tərkibli “metadon M-40” həbi aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button