İrandan növbəti təhdid: “əsgərlər” Xudafərini keçir
İran yenidən Azərbaycan və İsraili təhdid edən video yayıb.
Hurriyyet.az sosial şəbəkələrə istinadən xəbər verir ki, görüntülərdə İslam İnqilabı Keşikçiləri Korpusunun uşaq-əsgərlərinin Xudafərin körpüsü ilə Araz çayını keçərək Azərbaycan ərazilərinə doğru getdiyi görünür.
Videoda uşaqlardan birinin daşıdığı bayrağın üzərinə “Qüds yolu” sözləri yazılıb.
Sosial şəbəkələrdə bu görüntülər beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin videoda uşaqların görüntülərindən hərbi məqsədlər üçün istifadə olunması pislənilib. Bunun İran üçün hüquqi məsiluyyət yaratdığı biıdirilib.