“İranın nüvə bombası yox idi” – İsrailin sabiq rəsmiləri Netanyahunu yalan danışmaqda ittiham etdi

Sabiq rəsmilər baş nazirin cəmiyyəti qəsdən qorxutduğunu və tarixi təhrif etdiyini bəyan edib
İsrailin keçmiş baş naziri Naftali Benett və müxalif siyasətçi Qadi Ayzenkot baş nazir Binyamin Netanyahunun İranın guya artıq nüvə bombasına malik olması barədə bəyanatını kəskin tənqid ediblər.
Polise.az xəbər verir ki, bu barədə “israelinfo.co” nəşri yazıb.
İsrailin keçmiş baş naziri Naftali Benett və müxalif siyasətçi Qadi Ayzenkot baş nazir Binyamin Netanyahunun İranın guya artıq nüvə bombasına malik olması barədə açıqlamasını sərt tənqid ediblər.
Ayzenkot Netanyahunun səsləndirdiyi fikirləri “absurd” adlandıraraq bildirib ki, İranın nüvə bombası olmayıb. Onun sözlərinə görə, baş nazir siyasi məqsədlər naminə reallığı təhrif edir, təhlükəni olduğundan böyük göstərərək İsrail cəmiyyətini qorxutmağa çalışır.
Benett isə hakimiyyətin ona təhvil verildiyi vaxt İranın nüvə proqramına qarşı hazır hərbi strategiyanın olmadığını deyib. O bildirib ki, sonradan İran rejiminin zəiflədilməsini nəzərdə tutan genişmiqyaslı plan hazırlanıb, lakin Netanyahu yenidən hakimiyyətə qayıtdıqdan sonra həmin plan həyata keçirilməyib.
Qeyd edək ki, Netanyahu son müsahibəsində İranın artıq nüvə bombasına sahib olduğunu iddia edərək, iki dəfə ölkəsini nüvə təhlükəsindən xilas etdiyini və lazım gələrsə, bunu üçüncü dəfə də edəcəyini bildirmişdi. Bu bəyanat İsrail siyasi dairələrində geniş müzakirələrə səbəb olub.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button