İranın sülh planı: “Silahlı qüvvələrin işğal olunmuş ərazilərdən tamamilə geri çəkilməsinə yönəlib”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün İranın sülh planını ətraflı izah edib.

Bu barədə İRNA məlumat yayıb.

Zərifin sözlərinə görə, İranın sülh planı Minsk qrupunun həyata keçirdiyi digər mövcud sülh səyləri ilə rəqabət etməyə çalışmır.

O bildirib ki, İranın planı yalnız müharibə bölgəsində müvəqqəti atəşkəs yaratmaq üçün nəzərdə tutulmayıb.

“İranın sülh planı daha çox münaqişənin silahlı qüvvələrin işğal olunmuş ərazilərdən tamamilə geri çəkilməsinə gətirib çıxaracaq həllinə yönəldilib”.

Nazir qeyd edib ki, İran Azərbaycan və Ermənistan kimi digər regional simalar olan Türkiyə və Rusiyanın da sülh planına dair fikirlərini öyrənməyi gözləyir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button