İranlılar Gorus-Qafana “alternativ” tapdı, yolda qaldılar

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən istifadə etməmək üçün torpaq yola baş vuran iranlı sürücülər ciddi problemlərlə üzləşiblər.

Alternativ torpaq yolunun dar və sərt döngələri irihəcmli sisternlər və TIR-ların hərəkətini mümkünsüz edir. Belə ki, bu yük maşınlarından biri sərt döngələrdən birindəcə ilişib və bütün yolu bağlayıb.

Bunun nəticəsində “alternativ yoldan” istifadə etməyə çalışan yük maşınlarının hamısı tıxaca düşüb. Yalnız uzun müddət çalışandan – traktorun yardımı ilə sözügedən ərazidə nisbi genişləndirmə aparıldıqdan və çoxsaylı sakin və polisin dəstəyindən sonra maşını ordan çıxartmaq mümkün olub.

Qeyd edək ki, Gorus-Qafan yolunun 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçir. İran yük maşınlarının Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində məskunlaşan ermənilərə qanunsuz yük daşıması üzə çıxdıqdan sonra Azərbaycan gömrükçüləri və polisi bu maşınları yoxlamağa başlayıb: onlardan həm tranzit rüsumu alınır, həmçinin sənədlərinə nəzarət edilir. Ötən gün “Ermənistanın Xankəndi şəhərinə” yazılmış qaimə ilə yük aparan 2 iranlı sürücü isə saxlanılıb. Onlar Azərbaycan şəhərini Ermənistan şəhəri saymaqla bərabər, Azərbaycan ərazisinə qanunsuz daşıma həyata keçirməkdə ittiham edilir.

Hamısını Göstər

Related Articles

Back to top button