İrlandiya Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı kimi tanıdı

İrlandiya Senatı Rusiyanın Ukraynaya hücumunu pisləyən, onların hərəkətlərini soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Sənəddə Rusiya Federasiyasının siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin zəruriliyindən də danışılır.

Qərarı İrlandiya Senatının sədri Mark Deyli özünün “Twitter” səhifəsində açıqlayıb.

“…Rusiya Federasiyasının Ukraynaya qanunsuz müdaxiləsi soyqırımı aktıdır. İrlandiya Senatı Rusiyanın Ukraynada soyqırımı ilə bağlı qətnamə qəbul edib”, – Deyli yazıb.

Qətnamədə rusiyalı hərbçilərin qəddarlıqları ilə bağlı faktlar da qeyd olunub.

Sənəddə deyilir ki, dünya ölkələri Rusiyaya qarşı sanksiyaları saxlamalı və gücləndirməlidir.

Qeyd edək ki, İrlandiya ukraynalıların soyqırımını tanıyan yeddinci ölkə olub. Əvvəllər oxşar qərarlar Kanada, Polşa, Çexiya, Litva, Latviya və Estoniya tərəfindən verilib.

Hamısını Göstər

Related Articles

Back to top button