İşğalçı erməni əsgər qaçmasın deyə posta zəncirləndi – ŞOK VİDEO

Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbçilərin postlarını ataraq qaçmasının qarşısını almaq üçün radikal addımlar atıb.

“Caliber” “YouTube” kanalı bunu əks etdirən videogörüntüləri paylaşıb. Belə ki, işğalçı ordunun əsgərləri postlarına ayaqlarından zəncirləniblər.

Görüntülər Azərbaycan Ordusu tərəfindən azad edilən torpaqlarda olan erməni postlarında çəkilib. Erməni komandanlıq əsgərləri postlarda saxlamaq üçün onları daşa-divara bağlayır. 

Qeyd edək ki, “Caliber” “YouTube” kanalı həm Cənubi Qafqaz regionuna vurğu etməklə hərbi-siyasi və hərbi-texniki mövzularla maraqlanan geniş izləyici kütləsi, həm də bu sahədəki ekspert və mütəxəssislər üçün nəzərdə tutulub.

https://youtube.com/watch?v=KtOTX40abPQ
Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button