İşğalçı erməni ordusunun əsgəri döyüşməmək üçün hərbi hissədən qaçdı

Erməni silahlı qüvvələrində çaşqınlıq və fərarilik faktları davam edir.

Ermənilər sosial şəbəkələrdə bu barədə kütləvi şəkildə məlumatlar paylaşırlar.

Paylaşımlardan birində bildirilir ki, işğalçı erməni ordusunda xidmət edən 20 yaşlı əsgər Paruyr Mkrtçyan Qarabağda döyüşməmək üçün hərbi hissədən qaçıb.

Lakin bir müddət sonra onu tutublar və həmin əsgər barədə cinayət işi açılıb.

Faktla bağlı Ermənistan Müdafiə Nazirliyində araşdırma aparılır.

Mənbə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button