İsmayıllıda aptekdən oğurluq edən şəxs saxlanılıb

İsmayıllı şəhərində bir-birinə yaxın məsafədə yerləşən apteklərdən oğurluq və oğurluğa cəhd olub. Naməlum şəxs obyektlərin pəncərələrini sındıraraq içəriyə daxil olub, ilk cəhdində istədiyinə nail  olmasa da, 2-ci daxil olduğu  aptekdə kassada olan pulu götürərək hadisə yerindən yayınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  həyata keçirilən əməliyyat nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz döviyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkum olunmuş Zakir Niftalıyev saxlanılıb.Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan  şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button