İsmayıllıda qaydaları pozan piyadalar inzibati məsuliyyətə cəlb edilib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları  yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi, onların maarifləndirilməsi məqsədi ilə növbəti nəzarət-profilaktik tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara baxmayaraq analoji qayda pozuntusuna yol verənlər  barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button