İsrail-Fələstin toqquşması əsl Vətəndaş müharibəsinə çevrilib

İsrail-Fələstin qarşıdurması Yaxın Şərqin çox böyük faciəsinə çevrilə bilər.

Böyük güc və söz sahibləri seyrçi mövqe tutmaqdansa, bu problemin həllinə, toqquşmanın yatırılmasına, qan tökülməsinin qarşısının alınmasına çalışmalıdırlar. Lakin görünən odur ki, faciənin miqyası genişlənir, hər iki tərəf qarşısıalınmaz hala gəlib çatıb. İsraildən və Fələstindən gələn xəbərlər, yayılan videolar bunları təsdiq edir.
Israilin Lod şəhərinin meri Yair Revivo bildirib ki, şəhərdə baş verən hadisələrə nəzarət itib:

“Küçələr ərəblərlə yəhudilər arasında əsl Vətəndaş müharibəsinə şahidlik edir”.

Xatırladaq ki, Lod İsrailin paytaxtə Təl-Əvivdən 20 km məsafədə yerləşir. Yaxınlığında böyük Beynəlxalq Ben Qurion aeroportu yerləşir.Lod şəhərində komendant saatı elan edilib, vəziyyəti normallaşdırmağa çalışırlar. İsrailin Baş naziri Netanyahu baş verənlərə ərəblərin suçlu olduğunu və bədəlini çox pis ödəyəcəklərini deyib.

Əldə edilən görüntülərdə nələrin baş verdiyini qismən də olsa görmək olur. Həmin dəhşətli görüntüləri təqdim edirik:

Xuraman Etibarlı

Hamısını Göstər

Related Articles

Back to top button