“İsrailin Şərqi Qüds üzərində suverenliyini BMT və əksər dünya dövlətləri tanımır” – Açıqlama

“Qüdsün statusu qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Dövləti Muxtariyyəti Qüdsü öz paytaxtı sayır. Lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur”.

Bu fikirləri konkret.az-a son günlər gərginləşən İsrail-Fələstin münasibətləri fonunda tanınmış ziyalı Kamran Əsədov səsləndirib.O bildirib ki, İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb: “Bu gün “Yaxın Şərq dördlüyü” tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməyə və 60 ildən artıqdır davam edən münaqişəni “ölü nöqtədən” tərpətməyə yönəlmiş səylərini davam etdirir. Lakin ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir”.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Kamran Əsədov bildirib ki, Qüds hər üç səmavi din olan İslam, İudaizm və Xristianlıq üçün müqəddəs şəhər sayılır: “Qüdsdə bu dinlərin ən məşhur məbədlərinin bir hissəsi yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtə kimi bəşəriyyət tarixində özəl bir əhəmiyyət daşıyır. Qüdsdə olan Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir”.

Hamısını Göstər

Related Articles

Back to top button