İsrailin Xarici İşlər Nazirliyi Kanadanı minlərlə nasisti gizlətdiyini etiraf etməyə çağırıb

Kanada 1945-ci ilin may ayından etibarən minlərlə nasistin ölkəyə daxil olmasına görə məsuliyyət daşıyır və İcmalar Palatasının spikeri Entoni Rotanın istefası Ottavanın məsuliyyəti boynuna almağa doğru atdığı ilk addım idi.

Polise.az  xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndəsi Mixal Kotler-Vunş bildirib.

“The Jerusalem Post” Mixal Kotler-Vunşa istinadla yazır: “Növbəti addım Kanadanın İkinci Dünya müharibəsindən sonra ölkəyə mühacirət edən və keçmişləri ilə barışaraq həyatlarını quran 2000-ə yaxın nasistin tarixi sənədlərini açıqlamasını əhatə etməlidir”.

Kanadanın keçmiş ədliyyə naziri İrvin Kotler bir müddət əvvəl ölkənin nasist hərbi cinayətkarları üçün sığınacağa çevrildiyini bildirmişdi. Onun sözlərinə görə, baş verənlərdən hamı təşvişə düşüb. Eyni zamanda, o, Yaroslav Hunkanın (Nasist Almaniyasının hərbi birləşməsinin üzvü – red.) Kanadaya necə getdiyi və cəzalandırılmadığı ilə maraqlanıb. Keçmiş nazir vurğulayıb ki, bu, Kanada hökumətində hökm sürən laqeydliyin və fəaliyyətsizliyin nəticəsidir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button