İstanbulda bayrağımızı yerə atan şəxs saxlanıldı

İstanbulun Tokatköy məhəlləsi Sultanəziz küçəsində naməlum şəxs binalardan birinin qarşısındakı Türkiyə və Azərbaycan bayraqlarını çıxardaraq nümayişkaranə şəkildə yerə atıb.

Sakinlərin məlumatı əsasında olay yerinə gələn polis əməkdaşları qısa axtarışdan sonra çirkin əməli törədən şəxsi yaxalayıblar.

Sözügedən şəxsin 47 yaşlı M.A. (şərti ad – red.) olduğu müəyyən edilib.

Araşdırmalardan sonra həmin şəxsin psixoloji problemlərinin olduğu, həmçinin indiyədək bir çox cinayət əməli törətdiyi müəyyən edilib.

Hüquqi prosedurlardan sonra M.A. “Dövlət atributlarını təhqir etmə” maddəsi ilə ittiham edilərək müvafiq orqanlara təhvil verilib.

Hamısını Göstər

Related Articles

Back to top button