İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı

“Bloomberg” agentliyi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi müqabilində Türkiyənin tələblərini açıqlayıb.

Məlumata görə, Ankara İsveç və Finlandiya tərəfindən Kürdüstan Fəhlə Partiyasının və onun törəmələrinin terror təşkilatı elan edilməsini, silah embarqosunun qaldırılmasını, F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və F-16 qırıcılarının yeni alış paketinin təsdiq olunmasını istəyib.

Bununla yanaşı, Türkiyə Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksi üzərindən sanksiyaların götürülməsini və ya analoji “Patriot” sistemlərilə təchiz edilməsini tələb edir.

Hamısını Göstər

Related Articles

Back to top button