İtaliya Ukraynaya müdafiə sistemləri göndərə bilər
İtaliya Ukraynaya hava hücumundan müdafiə sistemlərinin göndərilməsini müzakirə edib.
“Report” xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Kiyevə altıncı hərbi yardım paketi hələ də müzakirə olunur və parlamentdə müvafiq hesabata qədər heç bir silah göndərilməyəcək. Biz Roma və Parisin birgə işlərinə əsaslanan hava hücumundan müdafiə sistemlərinin göndərilməsini müzakirə edirik”, – nazir bildirib.