İyulun 16-da baş verən yol qəzaları
İyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
* İyulun 16-da saat 7 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Füzuli rayon sakini Məhəmməd Baxışovun idarə etdiyi “Ford” və Yardımlı rayon sakini Ş.İmanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə M.Baxışov hadisə yerində ölüb, Ş.İmanov isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
* İyulun 17-də saat 19 radələrində Quba rayonunun Xırt kəndi ərazisində rayon sakini A.İmamverdiyev idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini, rayon sakini Məxfurə Qayıbova hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
* İyulun 17-də saat 11 radələrində Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində qəsəbə sakini S.Tahirov idarə etdiyi “Hyundai” markalı avtomobillə velosiped sürən həmyerlisi Nazim İsayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
* İyulun 17-də saat 19 radələrində Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində rayon sakini Həmdulla Səlimov idarə etdiyi “Seat” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
* İyulun 17-də saat 21 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini F.Şahverdiyeva idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Mərdan Mehdiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



