Joxovurd: “Ermənistanda həyat çətinləşib, artıq ölkədə yaşamaq olmur, bahalaşma pik həddədir”

“Hamıya məlumdur ki, Ermənistanda həyat günü-gündən daha da çətinləşir və sürətli bahalaşma müşahidə olunur”.

Bu barədə erməni nəşri olan “Joxovurd” qəzetində məlumat dərc edilib.  Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə təkcə ərzaq məhsullarının qiyməti 15,4 faiz artıb.

Qəzet bütün dünyada ərzaq məhsullarının qiymətinin bahalaşdığını əsas gətirir və bunun Ermənistan da yan keçmədiyini vurğulayır.

Məlumatda qeyd olunur ki, Ermənistanda yük daşımalarının tarifləri də artıb. Mütəxəssislərin fikrincə qeyri-ərzaq məhsullarının bahalaşmasına səbəb, yük daşımalarının qiymətinin artması olub.

Məsələn, benzinin qiyməti xeyli artıb. Bu gün bir litr benzinin qiyməti 500 dramdır (Ermənistanın pul vahidi). Ölkədə dəmir yolu ilə yük daşımaları 9,9 faiz, malların ixracı 14,2 faiz, idxal isə 23,5 faiz azalıb.

“Daxildəki dəmir yolu ilə yük daşımaları da kəskin şəkildə azalıb. Belə ki, bu azalma 4,6 faiz təşkil edib. Hava nəqliyyatı ilə yükdaşımaların həcmi isə çox kiçikdir. lakin bu kiçik həcmlə belə 4 faiz artım qeydə alınıb. İdxal artımı 67,9 faiz olub, ixracat isə 20,8 faiz azalıb” – deyə qəzet yazıb.

Hamısını Göstər

Related Articles

Back to top button