Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur – XƏBƏRDARLIQ

Azərbaycanda jurnalistlər kiberdələduzların hədəfinə çevrilib.

Polise.az-ın xəbərinə görə, tanınmış şəxsin adından jurnalistə yazaraq, guya Dövlət Təhlükəsizliyi Xidməti və ya digər hüquq-mühafizə orqanlarından zəng ediləcəyi bildirilir.

“Daha sonra əlaqə yaradan şəxs hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür. Bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur və jurnalistlər bu saxta zənglərə inanmamalıdır. Belə mesaj alsanız, dərhal əlaqəni kəsin və hüquq-mühafizə orqanlarına xəbər verin”, – deyə əldə etdiyimiz məlumatda qeyd olunub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button