Kəlbəcər rayonuna icazəsiz keçmək istəyn şəxslər saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları  işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar İsmayılovları  saxlayıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. 

Hamısını Göstər

Related Articles

Back to top button