Kərki boşaldıldı, 500 erməni köçürüldü

Ermənilərin işğalı altında olan Sədərəyin Kərki kəndi tam boşalıb.

Bu barədə məlumatı erməni mənbələrinə istinadla araşdırmaçı-jurnalist Elçin Alıoğlu qeyd edib.

O bildirib ki, kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib:

“İşğalçıların nümayəndəsi müxbirin “Kənd Azərbaycana verilir?” sualına cavab vermir və onu çəkməməyi tələb edir. Ermənistanın hakimiyyət dairələri Baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və ya müvəqqəti yaşayışı yasaqlayıblar.

Ümumiyyətlə isə son günlər Ermənistan mediasında fasiləsiz yayılan məlumatlara və xəbərlərə görə, Kərki kəndi Azərbaycana təhvil veriləcək”.

Qeyd edək ki, Kərki kəndinin ərazisi 19 kvadrat kilometrdir. 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Ermənistan hökuməti kəndə “Tiqranaşen” adını verib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button