Putinin partiyası Robert Köçəryanı Moskvaya çağırdı

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hakim Vahid Rusiya Partiyasının dəvəti ilə Moskvaya gedəcək.

R.Köçəryanın Moskvada hakim partiya rəhbərliyi ilə görüşündə “Ermənistan” bloku ilə “Vahid Rusiya” fraksiyasının əməkdaşlığının genişlənməsi müzakirə ediləcək.

Səfərin növbəti həftənin sonu Köçəryanın Rusiyaya gedəcəyi gözlənilir.

Qeyd edək ki, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamentdə 29 deputatla təmsil olunur.

Hamısını Göstər

Related Articles

Back to top button