Kalaşnikov: Heydər Əliyev SSRİ-yə rəhbərlik etsəydi…

Tarixdə Heydər Əliyevin rolunu hər zaman vurğulamışam. Hesab edirəm ki, o, Azərbaycan xalqının ən böyük nümayəndələrindən biri olub. Bir çoxları deyir ki, Heydər Əliyev vaxtilə Sovet İttifaqına rəhbərlik etsəydi, bu qədər bəla baş verməzdi.

Bu barədə axar.az-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

Komitə sədri Prezident İlham Əliyevin atasının layiqli oğlu olduğunu qeyd edib. Heydər Əliyev hər şeyə dürüst, ədalətlə yanaşırdı. Bu gün deməliyəm ki, İlham Əliyev Azərbaycan üçün əsas problemi həll etdi. Bu problemi dərhal həll etmək mümkün deyildi. Bunun üçün uzun illər, diplomatik davranış, irəli qaçmamalı və geridə qalmamalı diplomatik fəaliyyət, inkişaf etmiş iqtisadiyyat, hərbi sənaye və eyni zamanda, qonşuları ilə qarşılıqlı əlaqə tələb olunurdu.

L.Kalaşnikov qeyd edib ki, MDBMİ-nin məzunu və diplomat kimi İlham Əliyev danışmağı və lazım olan sözləri tapmağı bacarır.

“Qarabağdakı hərbi döyüşlər zamanı Azərbaycandakı hadisələri izləyirdim və deyə bilərəm ki, o, ölkədə əsas jurnalist idi. Diplomat kimi gözəl danışmağı bacardığına görə deyil, dürüst bir insan olduğuna görə. Mən də tez-tez çıxış edirəm və bir şəxsin dürüst, ürəkdən danışdığını, vəziyyəti süni şəkildə düzəltməyə çalışmadığını dərhal görürəm. O, yalnız öz xalqı üçün deyil, həm də bütün digər xalqlar üçün vicdanla danışırdı”, – deyə rusiyalı siyasətçi vurğulayıb.

L.Kalaşnikov bu yaxınlarda MDB dövlət başçılarının Zirvə görüşünün keçirildiyini xatırladıb:

“Azərbaycanın Prezidenti dürüst danışırdı. O, hətta qonşu ölkənin rəhbərliyi haqqında dürüst danışırdı. Sıravi tamaşaçı isə bunu həmişə hiss edir. Mən MDB işləri üzrə komitənin sədri kimi rus dilinin inkişafı ilə bağlı Azərbaycanı həmişə nümunə göstərirəm”.

“Yeni il ərəfəsində Azərbaycan xalqına həyatda heç zaman kədərli anlar yaşamamasını, layiq olduğu xoşbəxt həyat yaşamasını, Azərbaycanın inkişaf etməsini arzulamaq istərdim”, – deyə Leonid Kalaşnikov söyləyib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close