“KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacaq oğurlandı
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə aprelin 19-dan 25-dək olan müddətdə Qala qəsəbəsi ərazisində qəsəbə sakinlərinə məxsus “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağın oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akşin Səmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.