“Kanada və ABŞ Rusiya təyyarələrini öz sərhədlərində ələ keçirəcək”

Kanada və Amerika Birləşmiş Ştatlari ərazi bütövlüyünün qorunması məsələsinə ciddi yanaşır və onların şimal sərhədləri yaxınlığında Rusiya təyyarələrinin qarşısını almağa davam edəcək.

APA-nın məlumatına görə, bunu Kanadanın baş naziri Castin Trüdo jurnalistlərin Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının (NORAD) Rusiya təyyarələrini Alyaska yaxınlığında ələ keçirilməsi ilə bağlı sualına cavabında deyib.

“Onlara cavab vermək və ərazi bütövlüyümüzü qorumaqda çox ciddi olduğumuzu nümayiş etdirmək üçün NORAD var və biz bunu etməyə davam edəcəyik” – Trüdo vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button