Karantin qaydalarını pozan çay evi aşkarlandı

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin  xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib. Ümumilikdə bir neçə nəfər saxlanılaraq barələrində qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button