Karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib.

Onlarla profilaktik söhbətlər aparılıb, qaydalara riayət etmələrinin vacibliyi izah olunub.

Həmçinin, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb.

Bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Qaydaları pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button