KİV: Ukrayna Aİ-yə daxil olarsa, İttifaqın büdcəsindən 186 milyard avro alacaq
Ukrayna Avropa İttifaqına (Aİ) daxil olarsa, İttifaqın büdcəsindən 186 milyard avro alacaq.
Polise.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Həmçinin əlavə olunub ki, hazırda ümumilikdə səkkiz dövlət Avropa İttifaqına daxil olmaq üçün namizəd statusuna malikdir və bu ölkələr Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinadır.
Polise.az