Konqresmenlərdən terrorçularla bağlı çağırış: “Azərbaycanla bütün səviyyələrdə danışıqlar başlamalıdır”

ABŞ konqresmenləri Dövlət Departamentinə müraciət edərək həbi əsirlərlə bağlı Azərbaycanla bütün səviyyələrdə danışıqlara başlamağa çağırıb.

Erməni mətbuatına istinadən bildirilir ki, artıq qətnamə layihəsi hazırlanıb. Layihəni Nümayəndələr Palatasının üzvləri hazırlayıb və bu barədə ilk xəbəri Amerika Erməni Milli Komitəsi yayıb.

Müəlliflər arasında həm demokratlar, həm də respublikaçılar var. Bu sırada Adam Şiff, Qas Blirakis, Ceki Şpayer, Devid Valadao, Frenk Pallonenin adı çəkilir. Onlar həmkarlarına məktub göndərərək sənədi imzalamağa və həmmüəllif olmağa çağırıblar. Sənəd Konqresə gələn həftə daxil ola bilər.

Xatırladaq ki, Ermənistan tərəfinin hərbi əsir adlandırdığı şəxslər Azərbaycan qarşı terrorçuluq fəaliyyəti göstərdiklərinə görə rəsmi Bakı onları hərbi əsir və ya girov hesab etmir.

Hamısını Göstər

Related Articles

Back to top button