Ermənistanı yenidən savaşdırmaq üçün 3 milyard lazımdır: Ona bu pulu verən tapılacaq?

Ermənistan yenə də boş xülyalara qapılıb.

Əlində olmayan şeylərdən danışmaq ermənilərdə adət olduğu üçün sabiq prezident Robert Köçəryanın da çıxışını bu qəbildən dəyərləndirmək olar. Robert Köçəryan keçirdiyi mətbuat konfransında deyib ki, ordunu yenidən qurmaq üçün 3 milyard dollar lazımdır.

O qeyd edib ki, hakimiyyət bunu hərbi sirr kimi saxlayır. Amma canlı qüvvə, material baxımından itkilərin miqyası böyükdür. Ordunu yenidən qurmaq, onun döyüş qabiliyyətini bərpa etmək üçün azı 3 milyard ABŞ dolları lazımdır.

İqtisadiyyatı demək olar ki, defolt həddə gəlmiş Ermənistanın ordu quruculuğuna ayıracaq 3 milyard dolları varmı? Yaxud bunu əldə edə bilərmi?

Sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov Cebhe.info-ya açıqlamasında bildirib ki, Köçəryanın açıqlaması siyasi divident qazanmaq istəyindən irəli gəlir və boş fantastikadır:

“Ermənistan üçün bu qədər vəsaiti ordu quruculuğuna yönləndirmək fantastikadır. Yəni bu, ermənilərin, köçəryanıların yatıb yuxuda görə biləcəyi bir hal ola bilər. Bu gün Ermənistan iqtisadiyyatı pandemiya və müharibə səbəblərindən tamamən çökmüş vəziyyətdədir. Ermənistanın özündə bir çox siyasətçilərin və iqtisadçıların ölkənin mövcud vəziyyətdən necə çıxacaqları haqqında heç bir ümidi yoxdur. Orada xaos davam edir, qeyri-müəyyən şərait var, nümayişlər səngimir. Bu, sadəcə Köçəryanın göstərdiyi şoudur və gerçək deyil. Nə erməni diasporu, nə də Ermənistana dəstək olan dövlətlər ona bu vəsaiti vermək iqtidarında və fikrindədir.

Köçəryan bu çıxışı ilə siyasi divident qazanıb, Rusiyanın köməyi ilə hakimiyyətə gəlmək istəyir. Amma bu da istək olaraq qalacaq. Çünki erməni xalqı Köçəryan-Sarkisyan cütlüyünə nifrət edir. İstər Paşinyan tərəfdarları, istərsə də əks tərəf bu çütlüklə bağlı eyni mövqedədirlər. Onlar bu çütlüyü oğru kimi tanıyırlar. Ona görə də Köçəryanla Sarkisyanın şansı sıfıra bərabərdir”.

Ekspert hesab edir ki, Rusiyanın özü də Ermənistana 3 milyar dolları borc verməz: “Robert Köçəryanın Rusiya Prezidenti Vladimir Putinlə dostluğu da Moskvanın İrəvana 3 milyard dollar borc verməsinə şərait yaratmayacaq.

Əvvəla, Köçəryanın Putinlə dostluq faktoru işləsəydi, həbs olunmazdı. Yəni ən azından Putin buna imkan verməzdi. İkinci tərəfdən, Putin çox istəyərdi ki, Köçəryanı hakimiyyətə gətirsin. Bu istəyi də gizlətmir. Lakin bu, qeyri-mümkündür. Çünki erməni xalqı Köçəryanla Sarkisyanı gerçək bir oğru kimi tanıdığı üçün toplum olaraq öz taleyini təkrar onlara etibar etməyəcək. Putin də bunu gözəl bilir. Rusiya hazırda Ermənistanda özünə müvafiq kadr axtarır ki, hakimiyyətə gətirsin. Lakin hələlik bu axtarış yolları Rusiyanın özünə də bəlli deyil”.

Hamısını Göstər

Related Articles

Back to top button