Koronavirus pandemiyası hələ çox davam edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, COVID-19 epidemiyası hələ uzun müddət davam edəcək. Bu barədə RİA “Novosti”yə istinadən xəbər verilir.

Şənbə günü təşkilatın fövqəladə komitəsinin iclasında iştirak edən nümayəndələr bu nəticəyə gəliblər ki, pandemiya ilə bağlı beynəlxalq əhəmiyyətə malik olan xüsusi vəziyyət qalır.

Mütəxəssislər ÜST-ə və onun müttəfiqlərinə koronavirusla mübarizə üzrə səylərə görə minnətdarlıq ediblər. Təşkilatın fövqəladə komitəsində bu problemin həlli üzrə səyləri birləşdirmək ehtiyacı qeyd olunub və gənclərə xəstəliyin yayılmasının qarşısının alınması üçün bütün mümkün üsullardan istifadə çağırışı edilib.

Ekspertlər növbəti dəfə üç ay sonra pandemiya ilə bağlı vəziyyəti qiymətləndirəcəklər.

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button