Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen kimdir?

Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 93 milyon 752 min 626 manat ianə toplanıb.

İanə edənlər arasında həm fiziki, həm də hüquqi şəxslər var. Müxtəlif təbəqədən olan insanlar bacardıqları qədər yardım ediblər. 

Fonda ianə köçürənlərin arasında dövlət xadimləri sabiq və hazırki nazirlər, biznesmenlər, bir sözlə, xeyli sayda tanınmış var.

İanə edənlər arasında hətta xarici vətəndaşlar da var. Onlardan biri məşhur britaniyalı biznesmen Marandi Cavad Alimuraddır. Cavad Marandi fonda 1 milyon 100 min manat dəyərində ianə köçürüb. İran əsilli iş adamının fonda bu qədər yüksək məbləğdə pul köçürməsi maraqla qarşılanıb.

Bəs biznesmenin Azərbaycan fonduna bu dəstəyinin səbəbi nədir?

Belə ki, İran əsilli biznesmen azərbaycanlı onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir. Cütlüyün bu evlilikdən 3 övladı var. 

Nərminə Əlizadə “BFC Fashion Trust”ın himayəçisi və idarə heyətinin üzvü, “Serpentine” qalereyalarının Mədəniyyət və Sosial Komitəsinin həmsədridir.

Onun sahib olduğu müəssisələrin bank dəyərində ümumi məbləği 12 milyon, aktivlərin dəyəri isə 24,1 milyon funt sterlinqdir. 

Cavad Marandi biznes və xeyriyyə sahəsindəki xidmətlərinə görə, 2020-ci il Yeni il Fəxri mükafatlarında Böyük Britaniyanın xüsusi orderinə layiq görülüb.

O, mətbuatda ən varlı azərbaycanlılardan biri kimi təqdim olunur. İş adamı biznesindən əlavə Londonda təxminən 22.5 milyon funt sterlinq dəyərində bir evə, iki xüsusi təyyarə və üzüm şərabı zavoduna sahibdir. 

Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen haqda MARAQLI MƏLUMATLAR + FOTOLAR
Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen haqda MARAQLI MƏLUMATLAR + FOTOLAR
Koronavirusla Mübarizə Fonduna 1 milyon pul bağışlayan iranlı biznesmen haqda MARAQLI MƏLUMATLAR + FOTOLAR
Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button