Korotçenko: Türkiyə bunu etsə, supergücə çevriləcək!

Türkiyə Rusiyanın Su-57-ni alacağı təqdirdə regional supergücə çevrilə bilər.

Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko ABŞ-ın Türkiyəyə F-16 təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton bu təklifi ilə Ankaraya hörmətsizlik edir:

“F-35 – beşinci nəsil qırıcı təyyarədir və F-16 ilə müqayisəedilməzdir. F-35 təyyarəsi almaq Türkiyə üçün önəmlidir. Türkiyənin xərclədiyi külli miqdarda vəsait qarşılığında ABŞ-dan embarqo alması NATO-nun ikinci böyük hərbi gücünə hörmətsizlikdir. ABŞ Türkiyəyə yönəlik bütün qırmızı cizgiləri keçdi”.

Korotçenko bildirir ki, ABŞ-ın bu kimi addımlarına Ankaranın ən yaxşı cavabı Su-57 əldə etməsi olar:

“Su-57 F-35-dən daha yaxşıdır. F-35 yüngül, Su-57 isə daha ağır təyyarədir. Türkiyə Su-57 ilə bütün Avropa ölkərini geridə qoyacaq supergücə çevrilə bilər. Hərbi və siyasi baxımdan da mütləq şəkildə öz sözünü qlobal miqyasda deyəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button