Kritik açıqlama: “İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq”

“İrandan Ermənistana yük daşımaları dayanmayacaq. Gətirilən yüklərin Ermənistana çatdırılması üçün başqa yollar da var”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin müavini Suren Papikyan jurnalistlərə açıqlamasında səsləndirib.

Papikyan bildirib ki, Ermənistan İran üçün vacib tranzit ölkə olaraq qalmağa davam edəcək:

Azərbaycan tərəfindən yaradılan polis müşahidə məntəqəsinin Gorus-Qafan avtomobil yolunda bundan sonra da keşik çəkib-çəkməyəcəyi ilə bağlı sualı Papikyan, “Ora Azərbaycan ərazisidir və bu qərarı rəsmi bakı verir” deyə cavablandırıb.

Baş nazirin müavini əlavə edib ki, keçmiş Sovet Ermənistanı və Azərbaycanı ərazisindən keçən yol artıq demarkasiya prosesi nəticəsində Azərbaycan ərazisi kimi müəyyən edilib.

Hamısını Göstər

Related Articles

Back to top button