Kürdəmirdə mağazalardan oğurluq edən oğru dəstə saxlanılıb

Kürdəmirdə üç mağazadan oğurluq edərək zərərçəkmişlərə ümumilikdə
20000 manata yaxın maddi ziyan vuran oğru dəstə saxlanılıb.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral aylarında rayonun Mollakənd
və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq edən üç nəfər
saxlanılıb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Arif Əliyev, Samir
Babayev və Mərahim İbrahimov olduqları müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir
olaraq yanvar ayının sonlarında rayonun Mollakənd kəndi ərazisində yerləşən
mağazaların birindən 3000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və
tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4657 manat, fevral ayında isə
rayonun Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11000 manat
dəyərində tütün məmulatları, 3025 manat pul, 1000 manat dəyərində danışır
kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə
ümumilikdə 15233 manat maddi ziyan vurublar.
Polis əməkdaşları tərəfindən oğurluq yolu əldə olunmuş tütün
məmulatlarının və danışıq kartlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi
götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
açılıb, araşdırmalar davam etdirilir. Həmin dəstə üzvlərinin digər analoji cinayət
hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button