Kütləvi məzarlıq tapılıb…
Polşanın Vrotslav şəhərindəki villanın bağçasında aparılan qazıntı işləri zamanı İkinci Dünya Müharibəsinə dövrünə aid 128 nəfərlik kütləvi məzarlıq aşkar edilib.
“Polise.az” xəbər verir ki, tapılan cəsədlərin o dövrdə Almaniyanın tərkibində olan və İkinci Dünya Müharibəsinin son aylarında Qırmızı Ordu tərəfindən həyata keçirilən “Breslau” mühasirəsi zamanı həyatını itirən alman vətəndaşlarına aid olduğu bildirilir.
Həmçinin cəsədlərdən 120-nin uşaq və qocalar da daxil olmaqla mülki şəxs olduğu müəyyən edilib.
Digər 8 nəfərin isə İkinci Dünya Müharibəsinin sonlarına doğru Adolf Hitlerin əmri ilə alman kişilərindən yaradılan xalq-azadlıq ordusunun əsgərləri olduğu bildirilib.
Polise.az