Lənkəranda 6 şadlıq sarayı cərimələnib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 6 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Amin”, “Ulum, “Starway”, “Boladi”, “Kral” və “Pərvin” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən olunub.

Həmin şadlıq saraylarının sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Hamısını Göstər

Related Articles

Back to top button