Lənkəranda yaşayış evi və sexdən oğurluq edən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov olduğu müəyyən edilib və oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button